logo
AzTV Şimali Koreya ilə sərhəddən EKSKLÜZİV GÖRÜNTÜLƏR təqdim edir: Dünyanın ən riskli bölgəsindəyik

AzTV Şimali Koreya ilə sərhəddən EKSKLÜZİV GÖRÜNTÜLƏR təqdim edir: Dünyanın ən riskli bölgəsindəyik

AzTV Şimali Koreya ilə sərhəddən EKSKLÜZİV GÖRÜNTÜLƏR təqdim edir: Dünyanın ən riskli bölgəsindəyik AzTV Şimali Koreya ilə sərhəddən EKSKLÜZİV GÖRÜNTÜLƏR təqdim edir: Dünyanın ən riskli bölgəsindəyik

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci ildən başlayan və müharibənin bitməsi hələ də rəsmən elan olunmayan iki ölkənin sərhədinə gedib.

"ORALAR" səyahət verilişi Şimali Koreya ilə Cənubi Koreya arasında sərhəddə yerləşən mərmilərlə dolu neytral zonada çəkiliş edib.

Bildirilib ki, bu ərazi Cənubi Koreyanın turist axını olduğu məşhur yerlərdən biridir və dövlət bu sərhəddən pul qazanır. Şimali Koreyanın qorxulu imici olduğu üçün həmin ölkə ilə sərhədə gəlmək turistlərin marağındadır. Koreya müharibəsindən izlərini üzərində saxlayan zirehli parvoz da sərhəddə nümayiş etdirilir.  

Verilişdə Cənubi Koreya ilə Şimali Koreya arasındakı fərqlərə də toxunulub. 

O da bildirilib ki, Cənubi Koreyada saqqallı və bığlı koreyalı görmək mümkün deyil. Onlar dərilərinə həssas yanaşırlar və xüsusi qulluq edirlər. 

Cənubi Koreyanın paytaxtında yol hərəkətinin təşkili və sürücülük mədəniyyəti yüksək səviyyədədir. Tunellər və körpülər ödənişli yollardır. Koreya istehsalı olan yeni avtomobillər taksi xidmətlərində istifadə edilir. Bununla da vətəndaşların avtomobillə tanışlığına şərait yaranır və yeni avtomobilin satışı artır. 

Cənubi koreyalıların ümumi fobiyası var. Onlar 4 rəqəmini uğursuz rəqəm hesab edirlər və gündəlik həyatlarında 4 rəqəmindən istifadə etməyə üstünlük vermirlər. Həmin rəqəmin əvəzinə “F” hərfindən istifadə edirlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media