logo
Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi Bakıda öz işinə başlayıb

Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi Bakıda öz işinə başlayıb

Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi Bakıda öz işinə başlayıb Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi Bakıda öz işinə başlayıb

Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresində iştirak etmək üçün Bakıda səfərdə olan Hərəkatın rəsmiləri, üzv ölkələrin nümayəndələri, konqres təşkilatçıları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Qonaqlar həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyublar.  Sonda nümayəndə heyəti  “Türk Şəhidliyi” abidəsini ziyarət edib, abidə önündə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, bugündən etibarən Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi komitə iclasları ilə  öz işinə başlayıb.

Həmçinin, Konqres çərçivəsində Avropa Ədalətli Oyunlar “Qala mükafatlandırma”sı mərasimi keçiriləcək, iştirakçılar Avropada və ölkəmizdə ədalətli oyunların təşviqi və hərəkatın inkişafındakı  xidmətlərinə görə təltif olunacaqlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Konqres iki gün davam etməklə “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edəcək. “Hilton” otelində təşkil olunacaq tədbirdə yerli idman qurumlarının, eləcə də ölkəmizə səfər etmiş Avropa Ədalətli Oyunlar Hərəkatına üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media