logo
Dövlət Teatr Muzeyində "Sağlam həyat naminə" adlı tədbir keçirildi

Dövlət Teatr Muzeyində "Sağlam həyat naminə" adlı tədbir keçirildi

Dövlət Teatr Muzeyində "Sağlam həyat naminə" adlı tədbir keçirildi Dövlət Teatr Muzeyində "Sağlam həyat naminə" adlı tədbir keçirildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019 - cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il mütəmadi olaraq  Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilir. Bu mövzuya həsr olunmuş  “Sağlam həyat naminə” adlı növbəti tədbir  23 noyabr 2023 - cü il tarixində saat 14:00 - da  baş tutdu.

Tədbiri muzeyin əməkdaşı Ümidə Hacıyeva  giriş sözü ilə açaraq bəşəriyyətin ən qorxulu bəlalarından biri olan ağ ölüm və onun törətdiyi fəsadlar barədə məlumat verdi. Ardınca iştirakçılara bu mövzuda hazırlanmış videoçarx  nümayiş olundu.

Tədbir çərçivəsində Bakı şəhər Baş Polis İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Gənclər İnkişaf  Naminə İctimai Birliyinin sədr müavini, psixoloq  Ofeliya Əliyeva yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış etdilər. Həmçinin qonaqlara ünvanlanan əlavə suallar da ətraflı şəkildə cavablandırıldı.

Auditoriya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrindən, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media