logo
RSXM əməkdaşları məktəblilərə "Zəlzələ zamanı davranış qaydaları"na dair təlim keçiblər

RSXM əməkdaşları məktəblilərə "Zəlzələ zamanı davranış qaydaları"na dair təlim keçiblər

RSXM əməkdaşları məktəblilərə "Zəlzələ zamanı davranış qaydaları"na dair təlim keçiblər RSXM əməkdaşları məktəblilərə "Zəlzələ zamanı davranış qaydaları"na dair təlim keçiblər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən məktəblilər arasında “Zəlzələ zamanı davranış qaydaları”na dair maarifləndirmə tədbirləri davam etdirilir. Yanvarın 13-də RSXM-nin  əməkdaşları  Bakı şəhərinin Nizami rayonunda 129 saylı məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvlərinə təlim keçiblər. 

Təlimdə AMEA nəzdində RSXM-nin “Tədris” şöbəsinin müdiri Gülnarə Alxanova və “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin əməkdaşları - İlhamə Cəlilova, Aytən Rəhimli zəlzələlər, onların baş vermə səbəbləri, zəlzələ baş verərkən davranış qaydaları haqqında məktəblilərə məlumat veriblər. Təlim zamanı məktəbliləri maraqlandıran sualları cavablandıran RSXM əməkdaşları bu cür təlimlərin maarifləndirmə xarakteri daşıdığını və gələcəkdə də davam etdiriləcəyini bildiriblər.

Daha sonra sual-cavabda fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media