14 senytabr 2023-cü ildə Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran 1 saylı Mediasiya Təşkilatının yeni ofisinin ictimai təqdimatı keçirilib. Təqdimatdan öncə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Lənkəran 1 saylı mediasiya təşkilatının rəhbəri Ramin Şükürov, təşkilatın mediatorları Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində olan abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstələri qoymuşlar.
Abidənin ziyarətindən sonra Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Lənkəran 1 saylı mediasiya təşkilatının və regionu təmsil edən mediatorlar Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun rəsmi qəbulunda olublar.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran 1 saylı mediasiya təşkilatının, o cümlədən, mediatorların fəaliyyətinə göstərdiyi diqqət və qayğı üçün Taleh Qaraşova dərin təşəkkürlərini bildirib və Mediasiya Şurası adından ona ABAD tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubilieyi münasibəti ilə hazırlanan xatirə plaketi təqdim edib.
Daha sonra Lənkəran 1 saylı mediasiya təşkilatının yeni ofisinin ictimai təqdimatı keçirilib. İctimai təqdimatda Lənkəran şəhəri də daxil olmaqla, regionu təmsil edən müxtəlif dövlət və ictimai təsisatların nümayəndələri, eyni zamanda Lənkəran 1 saylı mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında əməkdaşlıq edən mediatorlar, Salyan 1 saylı Mediasiya Təşkilatının rəhbəri Elman Hənifəli, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Cəbrayıl 1 saylı mediasiya təşkilatının rəhbəri Tahir Balakişiyev, Masallı 1 saylı mediasiya təşkilatının rəhbəri Xanhüseyn Səmədov iştirak ediblər.
Mediasiya Şurasının İdarə Heyətinin sədri, Lənkəran 1 saylı mediasiya təşkilatının rəhbəri və çıxış edən mediatorlar və qonaqlar cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatların mediasiya təsisatının inkişafında mühüm rol oynadığını qeyd edərək yeni peşə kimi mediator peşəsinin ictimai nüfuz qazanmasını və hər gün mediasiya sahəsində barışıq sazişlərinin həcminin artmasını xüsusi qeyd ediblər.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək qeyd edib ki, iki il bundan öncə bu cür ofislərdə yerləşmək və fəaliyyət göstərmək istər mediasiya təşkilatları, istərsə də mediatorlar üçün xəyal idi, çünki yeni yaranan zaman şəraitsiz ofislər və müəyyən problemlər mövcud idi. Amma cənab Prezident tərəfindən imzalanmış Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun mediasiya institutunun inkişafına göstərdiyi əvəzsiz təşviq siyasəti və dəstəyi sayəsində artıq mediasiya təşkilatları və mediatorlar üçün vətəndaş mənmunluğunu təmin etmək məqsədilə mövcud infrastruktur imkanları da yaradılır. N. Adilov qeyd edib ki, istər mediasiya təşkilatları, istərsə də mediatorların müasir infrastruktura malik ofislərdə xidmət göstərməkləri işin keyfiyyətinə də çox ciddi və müsbət təsir edir və vətəndaşlar arasında mediasiyaya inamı və etimadı artırır. N. Adilov eyni zamanda Mediasiya Şurasının 2023-cü ildəki fəaliyyəti barədə hesabatla da çıxış edib. O, Mediasiya Şurasının 2023-cü ildə gördüyü işlər barədə geniş hesabat verib.
Daha sonra çıxış edən Lənkərən 1 saylı mediasiya təşklilatının rəhbəri Ramin Şükürov bu günədək Lənkəran 1 saylı mediasiya təşkilatının gördüyü işlər barədə ictimaiyyətə, mediatorlara və Mediasiya Şurasının rəhbərliyinə hesabat verərək görülən işləri, əldə edilən barışıq sazişləri barədə məlumatları mediasiyanın məxfilik prinsipi qorunmaqla qeyd edib. Ramin Şükürov əlavə edib ki, müasir ofisdə fəaliyyət mediasiya sahəsində təkcə xidmət keyfiyyətinin artırılması sahəsində deyil, eyni zamanda könüllü mediasiya işləri üzrə tərəflərin müraciətlərinə də müsbət təsir göstərib. Ramin Şükürov eyni zamanda Lənkəran 1 saylı mediasiya təşkilatına daxil olan işlər və nəticələrİ barədə də hesabatını təqdim edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin