https://innews.media/uploads/news/2023-11/_innews_30a1680a65443629068c71e7c_o.jpg
Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinə müavini təyin edilib.
Fonddan verilən məlumata görə, Xanım Daşdəmirova bu vəzifəyə təyin edilib.
X.Daşdəmirova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə bakalavr, 2011-2013-cü illərdə Xüsusi İstedadlar Qrupunun Beynəlxalq iqtisadi münasibətlər üzrə magistratura təhsili alıb. Hal-hazırda York və Strasburq Universitetlərinin ikili dərəcəli eMBA təhsilini davam etdirir.
O, Layihələrin İdarə Olunması İnstitutunun (Project Management İnstitute – PMİ) PMP və PMİ-ACP beynəlxalq dərəcəli sertifikatlarına malikdir. Layihələrin idarə olunması üzrə 10 ildən artıq təcrübəyə malikdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin