https://innews.media/uploads/news/2023-11/_innews_48a05c68b41bbfbd0a57376ba_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 8 Noyabr – Zəfər Günü münasibətilə yeni layihə həyata keçirib.
Belə ki, BDU THİK-in təşkilatçılığı ilə Universitetin əsas və 2 saylı tədris binaları dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. Bununla Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsini tariximizə qızıl hərflərlə yazması, üçrəngli bayrağımızı ölkəmizin hər bir qarışında dalğalandırması, suverenliyimizi bərpa etməsi vurğulanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin