logo
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illərdə Azərbaycanda əmək bazarında əldə olunmuş müsbət dinamika, bu istiqamətdə həyata keçirilən məşğulluq tədbirləri, innovativ yeniliklər barədə məlumat verib.

İnflyasiyanın təsirlərinin azaldılması istiqamətində görülən işləri, xüsusilə həssas təbəqənin rifahına təsirlərin minimuma endirilməsi üçün islahatların həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, təkcə son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara illik 7 milyard manata yaxın əlavə dövlət vəsaiti cəlb edilib.

BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun və nümayəndə heyətinin üzvlərinin fikirləri dinlənilib.

Ölkəmizdə son illər həyata keçirilən sosial islahatlara, əmək bazarındakı yeniliklərə dair müzakirələr aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media