logo
"Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəlib

"Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəlib

"Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəlib "Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəlib

Kişi voleybolçulardan ibarət  “Xarı Bülbül Şuşa” Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb. Şuşa təmsilçisinin 1/32 finalda rəqibi Slovakiyanın “TJ Spartak MYJAVA” klubu olub.

Bu gün komandalar arasında cavab oyunu keçirilib. Dünən 3:0 hesabı ilə qələbə qazanan dübutant bu dəfə də rəqibini məğlub edib (3:1). Bu qələbələrlə təmsilçimiz 1/16 finala yüksəlib.

Növbəti mərhələdə “Xarı Bülbül Şuşa” Yunanıstanın “Panathinaikos ATHENS” klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.

Çelenc kuboku

1/32 final mərhələsi

26 oktyabr

(2-ci oyun)

“TJ SPARTAK MYJAVA” - “Xarı Bülbül Şuşa” 1:3 (22:25, 25:22, 21:25, 21:25)

(1-ci oyun)

“Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA” 3:0 (25:23, 25:21, 27:25)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media