logo
Dövlət Teatr Muzeyində "44 günlük qəhrəmanlıq dastanı" adlı tədbir keçirilib

Dövlət Teatr Muzeyində "44 günlük qəhrəmanlıq dastanı" adlı tədbir keçirilib

Dövlət Teatr Muzeyində "44 günlük qəhrəmanlıq dastanı" adlı tədbir keçirilib Dövlət Teatr Muzeyində "44 günlük qəhrəmanlıq dastanı" adlı tədbir keçirilib

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 03 noyabr 2023-cü il tarixində saat 14:00 – da “44 günlük qəhrəmanlıq dastanı” adlı tədbir keçirildi. Şəhid ailələri və qazilərin  iştirakı ilə baş tutan tədbir 8 noyabr Zəfər gününə həsr olunmuşdu.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca qonaqlara muzey əməkdaşları tərəfindən Vətən müharibəsinin gedişatını əks etdirən videoçarx  nümayiş olundu.

Tədbirin rəsmi hissəsində İkinci Qarabağ müharibəsinin iştirakçıları – qazilərimiz Azərbaycanın suverenliyinin qorunması və torpaqlarımızın azadlığı uğrunda apardıqları döyüş əməliyyatlarından, həmçinin şəhid anaları öz övladları barədə xatirələrindən danışdılar.

Konsert proqramı ilə davam edən tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf  Zeynallı adına Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagird və tələbələri vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış etdilər.

Auditoriya qismində tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Heydər Əliyev adına Hərbi İnstitutun tələbələri, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər.

Sonda musiqiçilərə muzey tərəfindən “Təşəkkürnamə” təqdim olundu və xatirə şəkli çəkildi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media