logo
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən "Mənim hüquqlarım" mövzusunda maarifləndirici tədbir keçirilib

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən "Mənim hüquqlarım" mövzusunda maarifləndirici tədbir keçirilib

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən "Mənim hüquqlarım" mövzusunda maarifləndirici tədbir keçirilib Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən "Mənim hüquqlarım" mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Separadi kənd tam orta məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım” mövzusunda maarifləndirici tədbir keçirilib.

Çıxış zamanı Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Müvəkkilin uşaq hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə məlumat verib.

Tədbirdə uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqları sahəsində ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdən bəhs olunub.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media