logo
Polis Akademiyasında Müşfiq Abbasovla görüş keçirildi

Polis Akademiyasında Müşfiq Abbasovla görüş keçirildi

Polis Akademiyasında Müşfiq Abbasovla görüş keçirildi Polis Akademiyasında Müşfiq Abbasovla görüş keçirildi

Detektiv yazıçı Müşfiq Abbasovla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əlaçı kursantları arasında görüş keçirilib.

innews.media xəbər verir ki, Akademiyanın kitabxanasında səmimi ortamda baş tutan görüşdə kursantlar yazıçı arasında "Şeytanın siması" kitabındakı polis əməkdaşlarının fədəkarlığı, cinayətkarların gizlənmə üsullarının aşkara çıxarılması tədbirləri, vətənpərvərlik, ailə bağlarına sadiqlik və sair mövzularda maraqlı diskusiya aparılıb.

M.Abbasov belə bir görüşü təşkil etdiyinə görə Akademiyanın rəhbərliyinə minnətdarlıq edib və sonda "Şeytanın siması" kitabını təlim və təhsildə fərqlənən kursantlara öz imzası ilə hədiyyə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media