logo
Boksçumuz Avropa Kubokunun finalına yüksəldi

Boksçumuz Avropa Kubokunun finalına yüksəldi

Boksçumuz Avropa Kubokunun finalına yüksəldi Boksçumuz Avropa Kubokunun finalına yüksəldi

Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində Avropa kubokunun finalına yüksəlib. Buna 63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin rəqibinin döyüşdən imtina etməsi səbəb olub.

Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün üz-üzə gələcək.

Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media