logo
Bəstəkar-şair Rasim Müzəffərlinin 65 illik yubileyi keçirilib

Bəstəkar-şair Rasim Müzəffərlinin 65 illik yubileyi keçirilib

Bəstəkar-şair Rasim Müzəffərlinin 65 illik yubileyi keçirilib Bəstəkar-şair Rasim Müzəffərlinin 65 illik yubileyi keçirilib

1980-ci illərin əfsanəvi “OZAN” qrupunun qurucusu və rəhbəri, Azərbaycan dilində ilk mahnıların müəllifi, beynəlxalq musiqi müsabiqələri və festivallarının laureatı, Azərbaycanın müasir musiqi mədəniyyətinə böyük xidmətlər göstərmiş tanınmış rok musiqiçi, muğam-rok üslubunun yaradıcısı, rokn-rol, texno-rok, reggey və rep üslublarında bəstəkar-şair və multi-instrumentalçı Rasim Müzəffərlinin 65 illik yubileyinə həsr olunmuş Yubiley konsert proqramı keçirilib.

Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kirxa) baş tutan konsertdə elm, mədəniyyət və incəsənət xadimləri -  Rafael Hüseynov, Mehriban Zəki, Rafael Manafov, Bəhram Bağırzadə, Araz İmanov, Rahib Azəri, Azər Qərib, Şakir Eminbəyli, Vahid Mustafayev çıxış edərək, yubilyar haqqında fikirlərini, maraqlı anları bölüşüblər, yubiley münasibətilə sənətkarı təbrik ediblər.

Daha sonra istedadlı gənc ifaçılar Cavidan Fatihi, Ayat Xan, İsmayıl Zeynalov Rasim Müzəffərlinin müəllifi olduğu “Rekviem”, “Neylərəm”, “Pəncərə”, “Batmış gəminin mahnısı” kimi ifaları dinləyicilər üçün səsləndiriblər.

Konsertdə Rasim Müzəffərli geniş səhnə proqramı ilə çıxış edib. “Dənizə dönmək istəyirəm”, “Karvanım”, “Ey sən”, “Yandım”, “Gəz”, “Unutmaq istərəm”, “Bayraqlar” kimi mahnıları R.Müzəffərlinin özündən dinləyən qonaqlar unudulmaz anlar yaşayıblar.

Məlumat üçün qeyd edək ki, Yubiley konserti özünəməxsus tərzi ilə “Sofar Sounds” beynəlxalq layihəsi tərəfindən həyata keçirilib. Ölkəmizdə 2016-ci ildən bəri uğurla davam etdirilən layihənin Azərbaycan üzrə rəsmi təmsilçisi və layihə direktoru Rəşad Nəzərlidir. “Sofar Sounds Baku”nun məqsədi istedadlı ifaçılarla dinləyiciləri səmimi bir mühitdə görüşdürməkdir. Bu günədək “Sofar Sounds Baku” fərqli məkanlarda istedadlı və sevilən musiqiçilərlə dinləyiciləri bir araya gətirib.

Yubiley konsert proqramı “Sofar Sounds” layihəsinin ilk belə xüsusi buraxılışı idi və bu cür konsertlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Layihə haqqında ətraflı məlumat və konsert proqramından olan xüsusi görüntüləri rəsmi instaqram səhifəsinə keçid edərək, əldə edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media