logo
BDU tələbələri tütün məmulatlarının sağlamlığa zərəri barədə məlumatlandırılıb

BDU tələbələri tütün məmulatlarının sağlamlığa zərəri barədə məlumatlandırılıb

BDU tələbələri tütün məmulatlarının sağlamlığa zərəri barədə məlumatlandırılıb BDU tələbələri tütün məmulatlarının sağlamlığa zərəri barədə məlumatlandırılıb

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Tütün məmulatlarının sağlamlığa zərəri" mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdində 17 saylı şəhər poliklinikasının həkimi Həmidə Ələfsərova ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən, tütün məmulatlarının, siqaretin və spirtli içkinin insan sağlamlığına vurduğu zərərdən, ictimai yerlərdə siqaretdən istifadə ilə bağlı qoyulan məhdudiyyətlərdən bəhs edib. 

Tədbirdə çıxış edənlər siqaretin zərəri, onlardan istifadənin qlobal miqyasda yaratdığı təhlükə haqqında məlumat verib, gəncləri neqativ vərdişlərdən uzaq durmağa çağırıblar. 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin təklif və tövsiyələri dinlənilib. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media