https://innews.media/uploads/news/2023-10/_innews_48b3d19425bd56f97e4cb2f33_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində fakültənin şəhid məzunu Ceyhun Şalıyevin xatirəsinə həsr olunmuş Hüquq olimpiadası keçirilir.
Olimpiadanın I mərhələsində iştirakçılara hər fəndən 5 sual olmaqla (Hüquq nəzəriyyəsi, Konstitusiya hüququ, İnzibati hüquq, Mülki hüquq, Cinayət hüququ) ümumilikdə 25 sual təqdim edilib. I mərhələni yüksək bal ilə başa vuran tələbələr II mərhələ üçün vəsiqə qazanacaqlar.
Olimpiadanın nəticələri yaxın günlərdə elan olunacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin