logo
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı

Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı

Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. 

innews.media xəbər verir ki, sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media