logo
Naftalanda Anım Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir

Naftalanda Anım Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir

Naftalanda Anım Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir Naftalanda Anım Günü ilə bağlı silsilə tədbirlər davam etdirilir

27 Sentyabr Anım Günü ilə bağlı Naftalanda yerləşən təhsil müəssisələrində də tədbirlər keçirilib.

Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, şəhid ailələrinin, təhsil müəssisələrinin əməkdaşlarının və şagirdlərin iştirak etdiyi tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Naftalanlı Vətən Müharibəsi şəhidlərinin foto şəkillərindən və şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib. Məktəblilərin hazırladığı kompozisiyalar, şeirlər dinlənilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq qələbədən söhbət açaraq vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər xalqımızın qürur mənbəyidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media