Oktyabrın 5-də İspaniyanın cənubunda yerləşən Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək.
Bu barədə Almaniyanın "Bild" qəzeti yazır. Məlumata görə, zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub.
Məlumata görə, İlham Əliyev və Nikol Paşinyanın görüşü Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutacaq.
Görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirak edəcəyi gözlənilir.
"Armenpress" agentliyinin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə səfər edəcək və orada həmkarları ilə görüşəcək. Görüşlər zamanı oktyabrın 5-də baş tutacaq danışıqların gündəminin müzakirə ediləcəyi ehtimal edilir.
Qeyd edək ki, sonuncu dəfə bu formatda görüş iyunun 1-də Moldovanın paytaxtı Kişineuda baş tutub.
Ən son xəbərləri səhifəmizdən də izləyin