logo
"AzerGold" QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir

"AzerGold" QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir

"AzerGold" QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir "AzerGold" QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir

Ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.

2023-cü ilin yanvar-avqust aylarında QSC tərəfindən 28.1 min unsiya qızılın hasilatı, 23.1 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0.5%, qızıl ixracı planı isə 3% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%, ixracda isə 4.4% daha artıq hədəfdir.

Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri

 

2022-ci il

2023-cü il

Ötən ilin ilk 8 ayı ilə müqayisə

Cari ilin ilk 8 aylıq planı ilə müqayisə

Qızıl hasilatı

36,864 Oz

28,132 Oz

24%↓

0.5%↑

Gümüş hasilatı

127,829 Oz

79,934 Oz

37%↓

49.6%↑

Qızıl ixracı

33,160 Oz

23,122 Oz

30%↓

3%↑

Gümüş ixracı

110,885 Oz

61,541 Oz

45%↓

39%↑

Qızılın ixrac dəyəri

103,969,527 AZN

76,538,340 AZN

26%↓

25%↑

Gümüşün ixrac dəyəri

4,108,106 AZN

2,504,725 AZN

39%↓

85%↑

Cəmi ixrac gəliri

108,077,634 AZN

79,043,065 AZN

27%↓

26%↑

 

2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə daxili bazar satışları

 

2022-ci il

2023-cü il

Ötən ilin ilk 8 ayı ilə müqayisə

Qızılın daxili satışı

1,929 Oz

3,938 Oz

104%↑

Gümüşün daxili satışı

7,141 Oz

23,518 Oz

229%↑

Qızılın daxili satış dəyəri

6,662,791 AZN

13,461,556 AZN

102%↑

Gümüşün daxili satış dəyəri

303,934 AZN

981,732 AZN

223%↑

Daxili satış üzrə cəmi gəlir

6,966,725 AZN

14,443,288 AZN

107%↑

 

2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri

 

2022-ci il

2023-cü il

Ötən ilin ilk 8 ayı ilə müqayisə

Qızılın cəmi satış gəliri

110,632,318 AZN

89,999,896 AZN

19%↓

Gümüşün cəmi satış gəliri

4,412,041 AZN

3,486,456 AZN

21%↓

Cəmi gəlir

115,044,359 AZN

93,486,352 AZN

19%↓

Qeyd edək ki, 1 sentyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.

Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media