logo
MEK oxuculara xidmət vaxtını yenidən uzatdı

MEK oxuculara xidmət vaxtını yenidən uzatdı

MEK oxuculara xidmət vaxtını yenidən uzatdı MEK oxuculara xidmət vaxtını yenidən uzatdı

Məlumdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) avqust ayından yay rejiminə keçmişdi. Sentyabrın 18-dən etibarən isə kitabxana yenidən adi qaydada - həftəiçi hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcəkdir.

Tələbələr, magistrantlar, doktorantlar, eləcə də yaşı 18-dən yuxarı istənilən şəxslər MEK-ə üzv olmaqla kitabxana xidmətlərindən yararlana bilərlər.

AMEA-nın nəzdindəki bütün qurumların əməkdaşları, Qarabağ və Vətən müharibəsi qaziləri, şəhid və veteranların ailə üzvləri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər MEK-in imtiyazlı oxucuları kateqoriyasına daxildirlər.

Qeyd edək ki, quruma məxsus rəsmi mek.az saytı fasiləsiz xidmət göstərməkdədir. Oxucular elektron kataloq vasitəsilə zaman və məkan problemi olmadan Mərkəzi Elmi Kitabxanaya müraciət edə bilərlər.

footer
Top