logo
Liv Bona Dea Hospitalda beynəlxalq tədbir

Liv Bona Dea Hospitalda beynəlxalq tədbir

Liv Bona Dea Hospitalda beynəlxalq tədbir Liv Bona Dea Hospitalda beynəlxalq tədbir

Azərbaycan-Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. Bu münasibətlərin əsasında tarixi bağlar dayanır. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyəni bir-birindən ayrılmaz vahid gücə çevirib.

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Liv Bona Dea Hospitalda bu qardaşlığın tibb nümunəsi olaraq eyni məqsəd və hədəflər uğrunda çalışır.

Mövzunun aktuallığını nəzərə alaraq LİV ailəsi Prof.İlber Ortaylı ilə “TÜRKİYƏ VƏ AZƏRBAYCAN TARİXİ”nə nəzər salacaq. Məqsəd hospital olaraq təkcə sağlamlıq sahəsində deyil, sosial, iqtisadi, mədəni və digər sahələrdə də iki qardaş ölkə arasındakı münasibətlərə töhfə verməkdir.

Tədbir 26 sentyabr saat 12:00-da Liv Bona Dea Hospitalda keçiriləcək.

footer
Top