logo
Mədəniyyət naziri 95 yaşlı Xalq rəssamı ilə görüşdü

Mədəniyyət naziri 95 yaşlı Xalq rəssamı ilə görüşdü

Mədəniyyət naziri 95 yaşlı Xalq rəssamı ilə görüşdü Mədəniyyət naziri 95 yaşlı Xalq rəssamı ilə görüşdü

Xalq rəssamı Tofiq Ağababayevin 95 yaşı tamam oldu.

Sentyabrın 9- da mədəniyyət naziri yubilyarla görüşüb. Görüşdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri və nazirliyin əməkdaşları iştirak edib.

 Nazir  Adil Kərimli rəngkarlıq məktəbimizin görkəmli nümayəndəsini  95 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan mədəniyyətinə, təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyətimizin təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq rəssama mədəniyyət nazirliyinin  kollektivinin təbriklərini və ən xoş arzularını çatdırıb. Nazir Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində verdiyi töhfələrə görə nazirliyin Fəxri diplomunu fırça ustasına  təqdim edib.

 Tofiq Ağababayev  göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 Qeyd edək ki, Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın simvolik açarının düzəldiməsi də sənətkarın adı ilə bağlıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media