Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeni fizioterapevtik və reabilitasiya kabinetlərinin açılışı olub.
Kabinetlərin açılışında TƏBİB-in İcraçı direktorunun müşaviri, YeniKlinikanın direktor müavini Pərvin Əkbərov, TƏBİB-in Tibbi xidmətlərin təşkili departamenti, İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı iştirak edib.
Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşlarda xəstəliyin verdiyi fəsadların qarşısının alınmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.
Daha sonra müxtəlif profilli 145 həkimin iştirakı ilə konfrans keçirilib.
Sonda Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı Mərkəzin imkanları haqda məlumat verib, fizioterapiyanın müxtəlif xəstəliklərin müalicəsində vacib rol oynadığını vurğulayıb.