BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi və təşkilatçılığı, Yeni Klinikanın və "Impact Agency"nin dəstəyi ilə cari ilin iyul ayından etibarən “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaşlı vətəndaşların fəal və sağlam həyat tərzinə dəstək olmaq məqsədilə "Diyetoloqlarla vahid sağlamlığa baxış" mövzusunda təlimlər keçirilib.
Təlimlərdə iştirakçılar təcrübəli diyetoloqlar tərəfindən fərdi qidalanma planları, eləcə də gündəlik fəaliyyətlər və stresin idarə olunmasına dair faydalı məlumatlar əldə ediblər.
Bundan əlavə, iştirakçılar sağlam qidalanma vasitəsilə əqli və emosional tarazlığı qorumağın yollarını öyrəniblər.
Sentyabr ayının sonuna qədər davam edəcək “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi yaşlı insanların sağlam, fəal və inteqrasiya olunmuş həyat tərzinə dəstək vermək məqsədini daşıyır.
Layihə müddətində təşkil ediləcək müxtəlif fəaliyyətlər vasitəsilə yaşlı insanların sosial təminat və səhiyyə xidmətlərinə çıxışı, texnologiyadan istifadə və cəmiyyətdə iştirakı kimi mövzularda ehtiyaclarını qarşılamaları üçün yardımçı mühitin formalaşdırılması nəzərdə tutulub.
Qeyd olunan fəaliyyətlər “Azərbaycan üçün neftdənkənar, dayanıqlı, inteqrə olunmuş və gender baxımından inklüziv maliyyə çərçivəsi” layihəsi əsasında icra olunur.