https://innews.media/uploads/news/2023-09/_innews_bc7419dafc961e66ba7c0bc59_o.jpg
Çimərlik voleybolu üzrə oğlanlardan ibarət komandamızın 23-27 avqust tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən CEV U-18 Avropa çempionatında çıxışından maraqlı görüntülər.
Qeyd edək ki, ölkəmizin ilk dəfə təmsil olunduğu bu yarışda komandamız təsnifat mərhələsindən mübarizəyə başlayıb. Yarışda İqor Olefirin rəhbərliyi ilə mübarizə aparan Muhammad Aslanlı-Nəriman Bayramlı cütü dörd görüş keçirib və bunlardan ikisində qələbə qazanıb, digər ikisində isə məğlub olub. Reqlamentə görə təsnifat mərhələsində 3 görüşdə qalib gələn cütlər əsas mərhələyə vəsiqə qazanıb. Final mərhələsində iştirak üçün bir qələbəsi çatmayan komandamız CEV U-18 Avropa çempionatında mübarizəni dayandırıb. Voleybolçularımız əsas mərhələyə yüksələ bilməsələr də, tarixində ilk dəfə bu yaş qrupunda qitə birinciliyində təmsil olunan ölkəmizə reytinq xalları qazandırıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin