31 avqust Fransada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində qrup oyunları davam edir.
Təmsilçimiz "Neftçi" qrupun sonuncu oyununda Niderland millisi ilə qarşılaşıb və rəqibinə 19-12 hesabı ilə qalib gələrək qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.
"Neftçi" nin 1/4 final oyunu 1 sentyabr Bakı vaxtı ilə saat 21:45 -də, D qrupunu ikinci sırada tamamlamış komandaya qarşı baş tutacaq.