3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində qadın millimiz və "Neftçi"nin qrupları və oyun təqvimləri müəyyənləşib
31 avqust - 1 sentyabr tarixlərində Fransanın Pon du Qar şəhərində 16 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının 21-ci mərhələsi baş tutacaq.
3x3 qadın millimiz əsas qrupa vəsiqə qazanmaq üçün, təsnifat qrupunda Monqolustan və Malayziya milliləri ilə mübarizə aparacaq. Qadın millimizin ilk oyunu 31 avqust saat 17:00 -da Malayziya seçməsinə qarşı olacaq. Təmsilçimiz “Neftçi” isə B qrupunda Niderland və Misir milliləri ilə üz-üzə gələcək. "Neftçi" ilk qrup oyununu həmin gün Bakı vaxtı ilə saat 19:35 -də Misir yığmasına qarşı keçirəcəkdir.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.