https://innews.media/uploads/news/2023-08/_innews_87156cdc7388994d7e5a888f7_o.jpg
28 avqust Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində ikinci günün oyunları davam edir. Təmsilçimiz "Neftçi" 1/4 final oyununda Macarıstanın "Qyor" klubu ilə üz-üzə gəlib və əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20-18 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. "Neftçi" nin yarımfinalda rəqibi, Macarıstan - Avstriya oyununun qalibi olacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin