logo
Uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur

Uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur

Uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur Uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu bildirib ki, son zamanlar Azərbaycanda uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur. Passiv siqaret çəkən azyaşlılar aktiv siqaret çəkənlərlə müqayisədə daha çox zərər görürlər. Siqaretin arxasında bir filtr var və o aktiv siqaret çəkənləri müəyyən qədər də olsa zərərlərdən qoruyur. Lakin passiv siqaret çəkənlər, xüsusən də uşaqlar ciddi təhlükə ilə üz-üzədirlər.

Çayxanalarda, qəlyanxanalarda, evdə duman-tüstü altında oturanlar ən azı o qəlyan, siqaret çəkən şəxs qədər zərərə məruz qalır və ürək-damar xəstəlikləri riskini daşıyırlar. Xüsusən də gənclər arasında siqaretə meyillilik çox yayılıb. Bu da nəticə etibarilə gənc yaşlarda ürək-damar xəstəliklərinə, infarkta səbəb olur. Xüsusən də 13-14, 17-18 yaşda siqaretə meyillikdə bir pik hədd müşahidə olunur.

Bu həm orta məktəbin bitdiyi dövr, həm də imtahanların, yəni stresin daha çox müşahidə olunduğu dövrdür. Uşaqlar ailədə gördükləri vərdişləri daha çox tətbiq emtəyə çalışırlar. Məsələn, ata, baba, əmi, dayılar siqaret çəkirsə, artıq uşaq gözünü açanda onunla tanış olmuş olur. Uşağın bu vərdişlərə meyllənməsində mühitin böyük təsiri var.

footer
Top