logo
MGH-da Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru ilə görüş keçirilib

MGH-da Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru ilə görüş keçirilib

MGH-da Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru ilə görüş keçirilib MGH-da Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru ilə görüş keçirilib

23 avqust 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru, transfuzioloq, Qan köçürmə şöbəsinin rəhbəri Emin Səlimov ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov və digər rəsmi nümayəndələr iştirak ediblər.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin fəaliyyəti və təşkilatçılığı ilə keçirilən maarifləndirici elmi tədbirlər, Mərkəzi Gömrük Hospitalında icra olunmuş unikal əməliyyatlar, açıq ürək əməliyyatları, TAVİ əməliyyatı, qaraciyər və böyrək transplantasiyası əməliyyatları və Qan Bankının fəaliyyəti barədə ətraflı məlumat verib.

Rəis müavini Nabil Seyidov bildirib ki, Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş, pandemiya dövründə ən ağır kovidli xəstələrin müalicəsində ilk dəfə Azərbaycanda məhz Mərkəzi Gömrük Hospitalında ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazından uğurla istifadə edilmişdir. Eyni zamanda görüşdə Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universiteti ilə qarşılıqlı əməkdaşlıq planları, transfuziologiya sahəsi üzrə birgə elmi tədbirlərin keçirilməsi müzakirə olunub.

Daha sonra Rusiyanın İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru Emin Səlimov Mərkəzi Gömrük Hospitalının Nefrologiya, Anesteziologiya və Reanimasiya, Tibbi Laboratoriya, Qan Mərkəzi və digər şöbələrin fəaliyyəti barədə ətraflı məlumat verilib. Professor Emin Səlimov Mərkəzi Gömrük Hospitalında pasiyentlərin abulator və stasionar müalicəsi üçün yaradılmış şəraitdən məmnun olduğunu bildirib.

footer
Top