logo
"Trendyol" Azərbaycanda şirkət yaradıb

"Trendyol" Azərbaycanda şirkət yaradıb

"Trendyol" Azərbaycanda şirkət yaradıb "Trendyol" Azərbaycanda şirkət yaradıb

Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Trendyol Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrem Çağlı Yılandildir. O, 6 ildən çoxdur ki, "Trendyol"da çalışır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media