logo
Qubada qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkar edilib

Qubada qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkar edilib

Qubada qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkar edilib Qubada qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkar edilib

"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Tülər kəndində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayon sakinləri Müslüm Mürsəliyev və Mübariz Nurullayev olduğu müəyyən edilib.

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv edilib”.

footer
Top