logo
Məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə Körpələr Evinə təhvil verilib

Məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə Körpələr Evinə təhvil verilib

Məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə Körpələr Evinə təhvil verilib Məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə Körpələr Evinə təhvil verilib

Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb.

Bu barədə innews.media TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.

Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb. Müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb. Onun çəkisi isə 3 kiloqram 600 qramdan çox olub.

Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media