logo
"Azbadam"a yeni rəhbər təyin olunub

"Azbadam"a yeni rəhbər təyin olunub

"Azbadam"a yeni rəhbər təyin olunub "Azbadam"a yeni rəhbər təyin olunub

Bakıda badam bağları salan iri şirkətin rəhbəri dəyişib.

Məlumata görə, “Azbadam” MMC-yə təyin olunan yeni rəhbər Rövşən Cəfərov Eldar oğludur.

Buna qədər vəzifədə Tofik Gamidov idi.

Qeyd edək ki, şirkət 2016-cı ildə yaradılıb. “Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır. Şirkətin nizamnamə kapitalı 25 700 005 manatdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media