logo
Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq idman nümayəndə heyəti ilə görüş olub

Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq idman nümayəndə heyəti ilə görüş olub

Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq idman nümayəndə heyəti ilə görüş olub Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq idman nümayəndə heyəti ilə görüş olub

Avqustun 15-də Gənclər və İdman Nazirliyində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq idman nümayəndə heyəti ilə görüş olub.

Görüşdə nazirliyin qeyri-olimpiya idman növləri üzrə sektor müdiri Aydın Məmmədov festival və onun reqlamenti haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edəcək. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Yarışın açılış mərasimi avqustun 20-də keçiriləcək.

Festivalın sonunda ölkələr üzrə deyil, təhsil ocaqları üzrə təltifolunma mərasimi olacaq.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media