https://innews.media/uploads/news/2023-08/_innews_8fcbdf7218f540c69570f09ca_o.jpg
Bu gün Latviyada çimərlik voleybolu üzrə qızlar və oğlanlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatı start götürür. Riqa şəhərində təşkil olunan çempionatda ölkəmizi Oqtay Qasımov-Camal Cəlilov və Məhəmməd Aslanlı-Nəriman Bayramlıdan ibarət iki komandamız təmsil edir.
Qeyd edək ki, 9 avqustda başa çatacaq yarışda voleybolçularımız Cəlil Baxtiozinin baş məşqçiliyi ilə yarışacaqlar.
Komandalarımızın meneceri isə AVF-nin çimərlik voleybolu üzrə milli komandanın meneceri Valeriya Romanoviçdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin