logo
Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb

Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb

Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb

ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, DİN-in Mingəçevir şəhər Polis Şöbəsinin, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayı sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı gəmi istifadəçiləri Ümüd Nəbiyev, İntiqam Kamalov, Məhərrəm Məhərrəmov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər  verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media