logo
Texniki nəzarət vasitələri ilə bağlı təlim keçirilib

Texniki nəzarət vasitələri ilə bağlı təlim keçirilib

Texniki nəzarət vasitələri ilə bağlı təlim keçirilib Texniki nəzarət vasitələri ilə bağlı təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Mal kateqoriyalarının xüsusiyyətləri nəzərə alınmaqla gömrük nəzarətinin aparılmasında istifadə olunan texniki nəzarət vasitələri” mövzusunda təlim keçirilib.

Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Tranzit əməliyyatları şöbəsinin baş inspektoru Amid İsmayılov tərəfindən keçirilən təlimdə Xaçmaz, Astara, Tovuz, Balakən, Biləsuvar gömrük idarələrinin və “Poçt və ekspress daşımalar” gömrük postunun skanlaşdırma üzrə əməkdaşları iştirak ediblər.

Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin 2023-cü ilin ikinci yarımilliyi üçün təsdiq edilmiş Təlim Planına uyğun olaraq cari ilin iyul-dekabr aylarında 32 mövzu üzrə 147 təlimin keçirilməsi, bu təlimlərdə ərazi gömrük idarələrinin və postlarının 424 əməkdaşının iştirakı nəzərdə tutulur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media