logo
XXXI Ümumdünya Yay Universiadasında tələbələrdən ibarət basketbol komandamız mübarizəyə başlayır

XXXI Ümumdünya Yay Universiadasında tələbələrdən ibarət basketbol komandamız mübarizəyə başlayır

XXXI Ümumdünya Yay Universiadasında tələbələrdən ibarət basketbol komandamız mübarizəyə başlayır XXXI Ümumdünya Yay Universiadasında tələbələrdən ibarət basketbol komandamız mübarizəyə başlayır

Çinin Çenqdu şəhərində baş tutacaq XXXI Ümundünya Yay Universiadasında, 28 iyul - 3 avqust tarixləri aralığında basketbol idman növü üzrə 15 komanda 4 qrupda mübarizə aparacaqlar.

Baş məşqçi Anar Sarıyev və onun köməkçisi Fərhad Hüseynovun rəhbərlik etdikləri tələbə komandamız, D qrupunda Finlandiya və Cənubi Koreya basketbolçuları ilə üz-üzə gələcəklər. Tələbə komandamız qrupdakı ilk oyununu 29 iyul Bakı vaxtı ilə səhər saat 7:00 -da Finlandiya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media