https://innews.media/uploads/news/2023-07/_innews_cb82c91d2980b8058406c0dcc_o.jpg
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb. Müsahibə zamanı jurnalistin ölkəmizin müasir olmaqla yanaşı tarixi Azərbaycan elementlərini qorumasına heyranlığını Prezident: "Biz şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, biz ölkəmizi müasirləşdiririk. Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz" deyə cavablandırıb.
Müəllif: Azəri Zərgərov
Göygöl RİHBA-nın Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi
Ən son xəbərləri səhifəmizdən də izləyin