https://innews.media/uploads/news/2023-07/_innews_b053634ed98216cccc13f7dbc_o.jpg
ADY-nin 5 əsas lokomotiv deposundan biri olan İmişli deposunun yolları və yoldəyişən qurğuları yenilənir.Yenidənqurma işlərindən sonra depoda təmir olunan lokomotivlərin təhlükəsiz və təyin olunmuş sürətlə hərəkəti mümkün olacaq.
Hazırda
3,6 km yolda təmir aparılıb;
25 metrlik və müxtəlif olçülü relslər yenisi ilə əvəzlənib;
3577 ədəd şpal dəyişdirilib;
Torpaq yatağının bir hissəsi çirklənmədən təmizlənib;
1540 kub metr çınqıl torpaq yatağına əlavə olunub.
Təmir işləri 2023-cü ilin sonuna kimi davam etdiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin