logo
Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında

Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında

Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin qrup oyunları yekunlaşıb.

B qrupunda qərarlaşmış millimiz, qrupun sonuncu oyununda Albaniya seçməsini 69-64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.  Qızlardan ibarət millimizin yarımfinalda rəqibi Gürcüstan yığması olacaq.

Oyun 22 iyul Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media