logo
Millimizin növbəti rəqibi Lüksemburq seçməsidir

Millimizin növbəti rəqibi Lüksemburq seçməsidir

Millimizin növbəti rəqibi Lüksemburq seçməsidir Millimizin növbəti rəqibi Lüksemburq seçməsidir

Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində 20 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "B" divizionun oyunları davam edir.

C qrupunda qərarlaşmış U-20 millimiz qrupdakı sonuncu oyununda Gürcüstan yığmasına 66-81 hesabı ilə məğlub olub. C qrupunda sonuncu pilləni tutmuş millimiz, 17 və 20 -ci yerlər uğrunda mübarizə aparacaq. U-20 yığmamızın bu mərhələdəki oyunu, 14 iyul Bakı vaxtı ilə saat 13:00 -da B qrupunu sonuncu sırada bitirmiş Lüksemburq seçməsinə qarşı baş tutacaq. Qarşılaşma FIBA -nın rəsmi "youtube" hesabından canlı yayımlanacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media