https://innews.media/uploads/news/2023-07/_innews_09d95de22e879975883627af5_o.jpg
Dövlət başçısı İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı vurğulayıb ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik”. Qeyd edək ki, artıq dünya Azərbaycanın gücü və yaratdığı reallıqlarla hesablaşır. Heç şübhəsiz ki, bunun əsas səbəbi də Prezident İlham Əliyevin apardığı daxili və xarici uğurlu siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin dünya miqyasında hər keçən gün yüksələn nüfuzu və dünyada söz sahibi olması bütün proseslərdə müsbət mənada öz təsirini yüksək səviyyədə göstərir. Reallıq budur ki, artıq dünya Azərbaycanın gücündən çəkinir və bizə nəyisə diqtə edə bilmir. Həmçinin, Azərbaycanla hədə-qorxu dilində danışmağın mümkün olmadığı və bunun heç bir nəticə verməyəcəyi qlobal güclər tərəfindən də etiraf edilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücü və qüdrəti durmadan artır və bu, ölkəmizi dünyada əsas söz sahibi olan ölkələrdən birinə çevirir. Bunun nəticəsidir ki, uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq birlik tərəfindən həyata keçirilmədi. Sonda həmin qətnamələrin icrasını öz gücümüzə həyata keçirdik.
Faktiki olaraq, bölgədə yeni bir güc və söz sahibi olduğumuzu bir daha sübut etdik. Eyni zamanda Azərbaycan enerji daşıyıcılarının sayəsində Avropanın enerji təhlükəsizliyinin bir hissəsinə çevrilib. Artıq bu sahədə də çox önəmli addımlar atılmaqdadır. Xüsusilə Avropanın qaz təchizatı ilə bağlı daha böyük miqdarda öhdəlikləri üzərimizə götürmüşük. Bu da reallaşmaqdadır. Həmçinin, Azərbaycan 4-cü ildir ki, Qoşulmama Hərəkatına sədrlik etməklə də çox böyük bir quruma rəhbərlik edir. Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də reallaşdırılır. Bütövlükdə, Azərbaycan artıq qlobal əhəmiyyətə malik dövlətə çevrilir. Çünki Azərbaycan müstəqil siyasət yürüdür.
Müəllif: Ariz Eyvazov
Göygöl RİHB Aparatının şöbə müdiri