https://innews.media/uploads/news/2023-07/_innews_8e051687de2ae5b2c47b2c79d_o.jpg
Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüb.
Xatırladaq ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanmışdı.
Ən son xəbərləri səhifəmizdən də izləyin