logo
Haaqada Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq

Haaqada Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq

Haaqada Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq Haaqada Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq

Milli Məclisin deputatı,  Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Vüqar Bayramov Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Cənubi Qafqaz və Avropa  İttifaqı – çağırışların həlli, imkanların istifadəsi” adlı konfransın işində iştirak etmək üçün  Niderland Krallığının Haaqa şəhərində səfərdədir.

İyulun 5-də Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələri, ekspertləri bir araya gətirəcək beynəlxalq konfransın gündəliyinə uyğun olaraq, tədbirdə Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında münasibətlərin perspektivləri, bölgədə davamlı sülhün dəstəklənməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzulara dair müzakirələr aparılacaq, məruzələr dinləniləcək. Konfransda deputat Vüqar Bayramovun çıxışı gözlənilir.

Səfər iyulun 6-da başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media