logo
Neft Fondunun dollar satışı 3,5 dəfə azalıb

Neft Fondunun dollar satışı 3,5 dəfə azalıb

Neft Fondunun dollar satışı 3,5 dəfə azalıb Neft Fondunun dollar satışı 3,5 dəfə azalıb

Azərbaycan Dövlət Neft Fondu 2023-cü ilin iyun ayında valyuta hərraclarında 78,9 milyon dollar məbləğində xarici valyuta satıb.

innews.media xəbər verir ki, bu, may ayında olan valyuta satışından 3,5 dəfə azdır.

Fondun yaydığı məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında valyuta hərraclarında 1 milyard 571,1 milyon dollar həcmində xarici valyuta satılıb. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,7% azdır.

Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında 4 milyard 681,8 milyon dollar məbləğində xarici valyuta satıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media