https://innews.media/uploads/news/2023-06/_innews_9d8ae1270850df4c1c0762dd7_o.jpg
Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib. Təmsilçilərimizdən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü 64-lüyə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq.
Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün tablo 128-də eston Ruslan Eskovla qarşılaşacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin