logo
"Könüllülərin Zəfəri" Klipinin təqdimatı keçirilib - VİDEO

"Könüllülərin Zəfəri" Klipinin təqdimatı keçirilib - VİDEO

"Könüllülərin Zəfəri" Klipinin təqdimatı keçirilib - VİDEO "Könüllülərin Zəfəri" Klipinin təqdimatı keçirilib - VİDEO

06 dekabr 2021-ci il tarixində “Cinema Plus”da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsi çərçivəsində “Könüllülərin Zəfəri” Klipinin təqdimatı keçirilmişdir.

Klip 44 günlük Vətən Müharibəsində iştirak edən könüllü gənclərin fəaliyyətinə və “5 dekabr - Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuşdur. Klipdə əsas mesaj könüllü olmaq, könüllülərin iştirakı ilə qızıl hərflərlə tarixin yazıldığı anın qısa musiqili klip şəklində gənclərə aşılanmasıdır. Həmçinin könüllülərin Vətənə və dövlətə sevgi ilə xidmətindən bəhs edilir.

Klip Sizlərə təqdim olunur  https://youtu.be/lQDwEycooXg

Klipin ərsəyə gəlməsində əməyi keçən şəxslər aşağıdakılardır:

Layihə rəhbəri: İmaməddin Quliyev

Mus: Bəbir və Ülviyyə Bəbirli

Söz: Səba Qafarlı

Aranjiman: Bəbir Bəbirli

Gənc ifaçılar

Fərid Hüseynli

Amir Paşayev

Əmrah Musayev

Leyla Tağıyeva

Firuzə Məmmədova

Rejissor: Orxan Əsgərov

Operator: Cavid Yaqubov

Montaj və rəng korreksiyası: Dmitriy Ponomaryov

Təqdimat mərasimində “Könüllülərin Zəfəri” layihəsində iştirak edən Könüllülərə sertifikat və hədiyyələr təqdim olunmuşdur. Təqdimatda çıxış edən layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevin qeyd etdiyinə görə layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərakatına marağını daha da artırmaq, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə gənclərin fəal iştirakını təmin etməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media